...

İranda etiraz aksiyalarında ölənlərin sayı 35-ə çatıb

Dünya xəbərləri Materials 24 Sentyabr 2022 10:32 (UTC +04:00)
İranda etiraz aksiyalarında ölənlərin sayı 35-ə çatıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bugünədək İranda keçirilən etiraz aksiyalarında 35 vətəndaş və polis əməkdaşı ölüb.

Trend-in məlumatına görə, bu barədə İranın Dövlət Televiziyası məlumat yayıb.

İranlı qadın Məhsa Əmininin ölümü ilə əlaqədar etiraz aksiyalarında çoxlu sayda yaralının olduğu bildirilir.

Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq 19 sentyabrdan etibarən İranın bir neçə şəhərində aksiyalar keçirilib. O, şəriət normalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə ittiham edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti