...

Yaponiyada tayfun nəticəsində 3 nəfər ölüb

Dünya xəbərləri Materials 25 Sentyabr 2022 05:50 (UTC +04:00)
Yaponiyada tayfun nəticəsində 3 nəfər ölüb

Bakı. Trend:

Yaponiyada "Talas" tayfunu bir sıra fəsadlar törədib.

Trend "Kyodo" agentliyinə istinadən xəbər verir ki, tayfun nəticəsində 3 nəfər həlak olub, 1 nəfər isə itkin düşüb.

Məlumata əsasən, bütün ölüm halları Sidzuoka prefekturasında qeydə alınıb, burada çay daşqınlarına və torpaq sürüşməsinə səbəb olan güclü yağışlar nəticəsində vəziyyət ağırdır.

Yerli xilasetmə xidmətlərinin məlumatına görə, azı daha üç nəfər xəsarət alıb. Sidzuoka prefekturasına son 12 saat ərzində 400 mm-dən çox yağıntı düşüb.

Torpaq sürüşməsi nəticəsində elektrik xətləri sıradan çıxıb - 114 minə yaxın ev işıqsız qalıb. Tayfunun təsiri həmçinin Sidzuoka prefekturasında 55 mindən çox evi susuz qoyub.

Yaponiyanın qərb və mərkəzi bölgələrində indiyədək 2,15 milyondan çox insan təxliyə barədə təlimat alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti