Bakı. Trend:
Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulı 6 il müddətinə həbs edilib.
Trend-in məlumatına görə, bu barədə Qazaxıstan məhkəməsinin qərarında deyilir.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə və "Kazaxtelekom" şirkətinin vəsaitlərinin mənimsənilməsində təqsirli bilinib.
Qeyd edək ki, K,Satıbaldıulı bu ilin martında Qazaxıstan Korrupsiyaya Qarşı Mübarizə Xidməti tərəfindən saxlanılmışdı.