...

Türkiyədə Gürcüstan kapitallı şirkətlərin sayı artıb

Dünya xəbərləri Materials 27 Sentyabr 2022 10:52 (UTC +04:00)

Bakı. Trend:

2022-ci ilin yanvar-avqust aylarında Türkiyədə Gürcüstan kapitalı ilə 23 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3 şirkət çoxdur.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) bildirilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Gürcüstan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapitalıda artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Gürcüstan şirkətlərinin məcmu kapitalı 9 milyon 510 min türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 5 milyon 775 min türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-avqust aylarında Gürcüstan şirkətlərinin əksəriyyəti İstanbulda (17) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Gürcüstan şirkətlərinin ümumu kapitalı 5 milyon 110 min türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki , 2022-ci ilin yanvar-avqust aylarında Türkiyədə Gürcüstan kapitalı ilə 12 topdan və pərakəndə və 2 istehsal şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti