...

"Şimal axını" qaz kəmərlərində partlayışlar qeydə alınıb

Dünya xəbərləri Materials 27 Sentyabr 2022 18:12 (UTC +04:00)
"Şimal axını" qaz kəmərlərində partlayışlar qeydə alınıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

"Şimal axını 1" və "Şimal axını 2" qaz kəməri marşrutlarında iki partlayış qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə İsveçin Milli Seysmik Şəbəkəsi bildirib.

Qeyd olunub ki, şəbəkənin ölçmə stansiyaları sentyabrın 26-da ayrı-ayrı vaxtlarda iki partlayış qeydə alıb. Bu faktlarla bağlı daha ətraflı araşdırmalar aparılır.

Partlayışlardan birinin maqnitudası 2,3 bala bərarər olub.

Qeyd edək ki, bu gün gecə saatlarından etibarən "Şimal axını" ilə Rusiyadan Şimali Avropaya qaz nəqli tammilə dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti