...

Hindistandan Türkiyə limanlarına daşınan yüklərin həcmi açıqlanıb

Dünya xəbərləri Materials 30 Sentyabr 2022 11:28 (UTC +04:00)

Bakı. Trend:

2022-ci ilin yanvar-avqust aylarında Hindistandan Türkiyə limanlarına 3 milyon 946 min 991 ton yük daşınıb.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Hindistandan limanlara 52 min 510 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 3 milyon 894 min 481 ton yük çatdırıb.

Bu müddət ərzində Hindistan bayraqlı gəmilərlə Türkiyə limanlarına heç bir yük çatdırılmayıb. 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanlarına Hindistandan 2 milyon 300 min 319 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2022-ci ilin avqust ayında Türkiyə limanları 33 milyon 443 min 563 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 387 min 410 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 31 milyon 56 min 153 ton olub. Bununla yanaşı, 2022-ci ilin avqust ayında Türkiyə limanlarından 6 milyon 205 min 751 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanları 264 milyon 644 min 817 ton yük qəbul edib.

2022-ci ilin yanvar-avqust aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 18 milyon 953 min 750 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 245 milyon 691 min 67 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanlarından 54 milyon 39 min 258 ton transit yük daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti