...

Lula da Silva Braziliyada prezident seçkilərində irəlidədir

Dünya xəbərləri Materials 3 Oktyabr 2022 05:42 (UTC +04:00)
Lula da Silva Braziliyada prezident seçkilərində irəlidədir

Bakı. Trend:

Braziliya Fəhlə Partiyasının lideri Luis İnasio Lula da Silva oktyabrın 2-də keçirilən prezident seçkilərində hazırkı prezident Jair Bolsonaronu keçərək liderliyini artırır.

Trend-in məlumatına görə, bu barədə ölkənin Ali Seçki Məhkəməsinin saytında dərc edilən elektron seçki qutularının protokollarının 97,45%-nin baxılmasından sonra məlum olub.

2003-2010-cu illərdə Braziliyanın prezidenti olan Lulu da Silva 47,95 faiz səs toplayıb, ona 55 mindən çox insan səs verib. J.Bolsonaro 43,62% səs toplayıb, 50 milyondan çox insan ona səs verib.

Lula da Silva və Bolsonaro oktyabrın 30-da keçirilən prezident seçkilərinin ikinci turuna keçiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti