...

Kiyev və Dneprdə partlayışlar olub (VİDEO)

Dünya xəbərləri Materials 10 Oktyabr 2022 11:13 (UTC +04:00)
Kiyev və Dneprdə partlayışlar olub (VİDEO)

Bakı. Trend:

Ukraynanın paytaxtı Kiyevdə və Dnepr şəhərində genişmiqyaslı hava həyəcanı veriləndən sonra bir neçə partlayış baş verib.

Trend-in korrespondent.net saytına istinadən məlumatına görə, hadisələrlə bağlı çoxlu sayda foto və videogörüntülər yayımlanıb.

Kiyevə hücum barədə məlumatı paytaxt meri Vitali Kliçko təsdiq edib.

"Paytaxtın mərkəzində, Şevçenko rayonunda bir neçə partlayış baş verib. Bütün xidmətlər hadisə yerinə yollanıb. Təfərrüatlar barədə daha sonra məlumat veriləcək", - o yazıb.

KİV-lərin məlumatına görə, qurbanların olduğu deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti