...

Kolumbiyada sərnişin avtobusu qəzaya uğrayıb, çox sayda ölən və yaralanan var

Dünya xəbərləri Materials 16 Oktyabr 2022 01:58 (UTC +04:00)
Kolumbiyada sərnişin avtobusu qəzaya uğrayıb, çox sayda ölən və yaralanan var

Bakı. Trend:

Kolumbiyanın Narinyo departamentində sərnişin avtobusu qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə şənbə günü regionun nəqliyyat polisinin nümayəndəsi Albertlan Aqudeloya istinadən "Semana" jurnalı məlumat yayıb.

Məlumata əsasən, qəza nəticəsində azı 20 nəfər həlak olub, 15 nəfər isə xəsarət alıb. "Saat 03:40-da (Bakı vaxtı ilə saat 12:40 - red.) sərnişin avtobusunun aşması ilə nəticələnən qəza baş verib. Nəticədə 20 nəfər ölüb - 14 kişi və 6 qadın", - deyə A.Aqudelo bildirib.

Hazırda qəzanın səbəbi araşdırılır. İlkin versiyalardan birinə görə, avtobusun əyləc sistemində nasazlıq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti