...

Avropada bu günədək 20 min nəfər meymunçiçəyinə yoluxub

Dünya xəbərləri Materials 18 Oktyabr 2022 18:18 (UTC +04:00)
Avropada bu günədək 20 min nəfər meymunçiçəyinə yoluxub

Bakı. Trend:

Mayın əvvəlindən bu günədək Avropada 20 min nəfər meymunçiçəyinə yoluxub.

Trend-in məlumatına görə, bu barədə Avropanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin bugünkü açıqlamasında deyilir.

Qeyd olunur ki, ümumilikdə dünyada yoluxma hallarının üçdə-bir hissəsi Avropada qeydə alınıb. Bu müddət ərzində dünya ölkələrində 68 min nəfər meymunçiçəyinə yoluxub.

Yoluxanlarn 87 faizi 18-50 yaş arasında kişilər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti