...

Borrell Somalidəki terror aktlarını pisləyib

Dünya xəbərləri Materials 31 Oktyabr 2022 00:38 (UTC +04:00)
Borrell Somalidəki terror aktlarını pisləyib

Bakı. Trend:

Avropa İttifaqı “Əş-Şəbab” terror qruplaşmasının Somalinin paytaxtı Moqadişuda ötən şənbə günü törətdiyi son terror aktlarını kəskin şəkildə pisləyir.

Trend-in məlumatına görə, bu barədə bazar günü Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.

"Qadınlar və uşaqlar da daxil olmaqla günahsız mülki şəxslərə qarşı edilən bu mənasız hücumlar bizə bu qruplaşmanın öz xalqına qarşı vəhşiliyini xatırladır və əsl niyyətlərini ortaya qoyur", - deyə J.Borrelin açıqlamasında deyilir.

Xatırladaq ki, şənbə günü səhər saatlarında Somalinin paytaxtı Moqadişo şəhərində Təhsil Nazirliyinin binasının qarşısında partlayıcı maddə ilə doldurulmuş iki avtomobil partladılıb. Hadisə nəticəsində 104 nəfər həlak olub, 269 nəfər isə xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti