Bakı. Trend:
Türkiyənin şimal-qərbindəki Balıkesir vilayətində iki fərqli nöqtədə meşə yanğını başlayıb.
Trend-in məlumatına görə, yanğınlar bu gün Qazdağı milli parkı daxilində qeydə alınıb.
Yanğınların qarşısının alınması üçün ümumilikdə 4 helikopter, 25 texnika cəlb edilib.
Hadisə bölgələrində yanğınların söndürüllməsi davam edir.