...

Ərdoğan bu ay İndoneziya, Özbəkistan, Bəhreyn və Qətərə səfər edəcək

Dünya xəbərləri Materials 8 Noyabr 2022 05:25 (UTC +04:00)
Ərdoğan bu ay İndoneziya, Özbəkistan, Bəhreyn və Qətərə səfər edəcək

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ay Özbəkistan, İndoneziya, Bəhreyn və Qətərə səfər edəcək.

Trend xəbər verir ki, bunu bazar ertəsi R.T.Ərdoğan ölkənin Nazirlər Kabinetinin iclasından sonra bildirib.

Onun sözlərinə görə, o, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının sammitində iştirak etmək üçün Özbəkistanın Səmərqənd şəhərinə yollanacaq. Daha sonra Türkiyə Prezidenti İndoneziyaya gedəcək və orada G20 sammitində iştirak edəcək.

Türkiyə Prezidenti Manama dialoqunda iştirak etmək üçün Bəhreynə də səfər edəcək. R.T.Ərdoğanın növbəti xarici səfəri futbol üzrə dünya çempionatının açılışında iştirak edəcəyi Qətər olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti