Bakı. Trend:
2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin müdafiə sanayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 36,4 faiz artaraq 3,3 milyard dollara bərabər olub.
Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin oktyabr ayında Türkiyə 464,5 milyon dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 54,1 faiz çoxdur”, - deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2021-oktyabr 2022) Türkiyə 4 milyard dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib.