...

İstanbulda partlayışda yaralananların sayı 81 nəfərə çatıb

Dünya xəbərləri Materials 13 Noyabr 2022 21:38 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərinin mərkəzində yerləşən "Taksim" meydanında baş verən partlayış nəticəsində yaralananların sayı 81 nəfərə çatıb. İki nəfərin vəziyyəti ağırdır.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.

"Hazırda 4-ü hadisə yerində olmaqla 6 nəfəri itirmişik. 81 yaralımız var. Hadisə yerinin təhqiqatı tam sürətlə davam edir", - deyə F.Oktay bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti