Bakı. Trend:
Ötən gün İstanbulun Taksim meydanı İstiqlal küçəsində partlayışı törətməkdə şübhəli bilinən qadının hadisə yerindən uzaqlaşması anları qeydə alınıb.
Trend-in Türkiyə KİV-lərinə istinadən məlumatına görə, adı açıqlanmayan qadının hadisə yerinə partlayıcı maddə qoyaraq uzaqlaşdığı müəyyən edilib.
Həmin şəxs daha sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ümumilikdə hadisə ilə əlaqədar 22 nəfər saxlanılıb.
Xatırladaq ki, ötən gün axşam saatlarında Taksim meydanında partlayış törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.