...

Qazaxıstanlıların 85,52 faizi Tokayevə səs verib - İctimai Siyasət İnstitutunun "exit-poll"u

Dünya xəbərləri Materials 20 Noyabr 2022 22:42 (UTC +04:00)

Bakı. Trend:

“Astana” telekanalının sifarişi ilə "Amanat" partiyasının nəzdində fəaliyyət göstərən İctimai Siyasət İnstitutunun keçirdiyi "exit-poll"un nəticələrinə görə, Qazaxıstan vətəndaşlarının 85,52 faizi növbədənkənar prezident seçkilərində Kasım-Jomart Tokayevə səs verib.

Trend xəbər verir ki, "exit-poll"un nəticələri bazar günü onlayn-telemarafon zamanı açıqlanıb.

"Exit-poll"un nəticələrinə əsasən, seçkilərdə seçici fəallığı 67,71 faiz təşkil edib.

Xatırladaq ki, bu gün Qazaxıstanda prezident seçkilərində səsvermə baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti