...

Pentaqon RYAS "HIMARS" istehsalı üçün "Lockheed Martin" ilə 431 milyon dollarlıq müqavilə imzalayıb

Dünya xəbərləri Materials 2 Dekabr 2022 05:05 (UTC +04:00)
Pentaqon RYAS "HIMARS" istehsalı üçün "Lockheed Martin" ilə 431 milyon dollarlıq müqavilə imzalayıb

Bakı. Trend:

Pentaqon ABŞ ordusunun və Vaşinqtonun xarici tərəfdaşlarının ehtiyacları üçün HIMARS reaktiv yaylım atəş sistemlərinin (RYAS) istehsalı üzrə "Lockheed Martin" ilə 430,9 milyon dollarlıq müqavilə imzalayıb.

Trend xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətindən bildirilib.

"Lockheed Martin" Korporasiyası <...> ordunun və silah satışı edilən müxtəlif xarici tərəfdaşların əməliyyat ehtiyaclarını dəstəkləmək üçün "HIMARS"ın tam miqyaslı istehsalı və müvafiq xidmətlərin göstərilməsi üçün <...> 430 930 711 dollarlıq müqavilə alıb", - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, bununla bağlı işlər 2025-ci il dekabrın 31-dək tamamlanmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti