...

ABŞ Şimali Koreyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Dünya xəbərləri Materials 2 Dekabr 2022 05:45 (UTC +04:00)
ABŞ Şimali Koreyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Bakı. Trend:

ABŞ Şimali Koreyaya qarşı sanksiyalar siyahısına daha 3 nəfəri daxil edib.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü ABŞ Maliyyə Nazirliyinin açıqlamasında deyilir.

Siyahıya əlavə edilən şəxslər ölkədə hakim Koreya İşçi Partiyasının nümayəndələridir.

"Bu şəxslər Koreya Xalq Demokrtaik Respublikasının kütləvi qırğın silahları və ballistik raket proqramına dəstək veriblər. Sanksiyalar KXDR-in qeyri-qanuni kütləvi qırğın silahlarını və ballistik raket proqramlarını inkişaf etdirmək qabiliyyətini sarsıtmaq üçün nəzərdə tutulub", - deyə açıqlamada bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti