...

Valeri Şadrin 83 yaşında dünyasını dəyişib

Dünya xəbərləri Materials 3 Dekabr 2022 13:14 (UTC +04:00)
Valeri Şadrin 83 yaşında dünyasını dəyişib

Bakı. Trend:

Çexov adına Beynəlxalq Teatr Festivalının baş direktoru, Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının prezidenti Valeri Şadrin 83 yaşında vəfat edib.

Trend xəbər verir ki, bu barədə şənbə günü TASS-a festivalın mətbuat xidmətindən məlumat verilib.

“Valeri İvanoviç bu gün Moskva vaxtı ilə saat 06:40-da dünyasını dəyişib. O, uzun sürən xəstəlikdən sonra klinikada vəfat edib”, - deyə məlumatda qeyd olunur.

Şadrinlə vida mərasiminin tarixi və vaxtı hələ müəyyən edilməyib.

İxtisasca mühəndis olan Şadrin Bauman adına Moskva Dövlət Texniki Universitetinin məzunudur. O, bir sıra iri layihələrin müəllifidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti