Bakı. Trend:
Rusiyada son sutkada 6 669 nəfər koronavirusa yoluxub, 59 nəfər isə xəstəliyin qurbanı olub.
Trend xəbər verir ki, bir gün əvvəl isə 6721 yoluxma və 57 ölüm faktı qeydə alınmışdı.
Son sutkada 5132 nəfər koronavirusdan sağalıb, 1324 nəfər xəstəxanaya yerləşdirilib. Sağalanların sayı 21 014 391 nəfər təşkil edir.
Xəstəxanaya yerləşdirilənlərin sayı 28 regionda azalıb, 45 regionda artıb, 12-də isə vəziyyət dəyişməyib.