Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri noyabrın 19-da başladığı "Pəncə-Kilid" əməliyyatı çərçivəsində İraq və Suriyada 364 terrorçunu zərərsizləşdirib.
Trend-in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkə parlamentində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hava və qurudan endirilən zərbələr nəticəsində PKK yaraqlılarının bazaları, onların anbarları və sığınacaqları dağıdılıb.