Bakı. Trend:
Cersi adasındakı Sent-Helier şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb. Təxminən 12 nəfər itkin düşüb.
Trend-in məlumatına görə, bu barədə mətbuat konfransında adanın polis rəisi Robin Smit mətbuat konfransında deyib.
Onun sözlərinə görə, şənbə gecəsi baş verən partlayışda bina "tamamilə dağılıb".
Cersi adasının yanğınsöndürmə xidmətinin rəisi Pol Braunun sözlərinə görə, indiki mərhələdə əsas vəzifə dağıntılar altında sağ qalan sakinləri tapmaqdır.