...

Qvatemalada "Fueqo" vulkanının püskürməsi səbəbindən hava limanının fəaliyyəti dayandırılıb

Dünya xəbərləri Materials 12 Dekabr 2022 03:18 (UTC +04:00)
Qvatemalada "Fueqo" vulkanının püskürməsi səbəbindən hava limanının fəaliyyəti dayandırılıb

Bakı. Trend:

Qvatemaladakı "La Aurora" beynəlxalq hava limanı "Fueqo" vulkanının püskürməsi səbəbindən müvəqqəti bağlanıb.

Trend xəbər verir ki, bu barədə bazar günü ölkənin Mülki Aviasiya Baş İdarəsindən bildirilib.

"Vulkan aktivliyi və uçuş-enmə zolağı ətrafında kül olması səbəbindən hava limanında əməliyyatlar dayandırılıb", - deyə açıqlamada bildirilir.

Hava limanı "Fueqo" vulkanından təxminən 40 km aralıda yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti