Bakı. Trend:
Peruda hökumət əleyhinə etirazlarda azı 4 nəfər ölüb, 38 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi öz "Twitter" səhifəsində bildirib.
"Səhiyyə Nazirliyi bildirir ki, indiyədək ölkənin müxtəlif bölgələrində keçirilən nümayişlər zamanı 8 nəfər xəstəxanaya yerləşdirilib, 30 nəfər xəstəxanadan buraxılıb, 4 nəfər ölüb", - deyə qeyd olunub.