...

CAR-da güclü dalğa 3 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 18 Dekabr 2022 05:11 (UTC +04:00)
CAR-da güclü dalğa 3 nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

Cənubi Afrika Respublikasının Durban şəhəri sahillərində güclü dalğa nəticəsində azı 3 nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə təcili tibbi yardım xidmətinə istinadən "The Citizen" qəzeti məlumat yayıb.

Məlumata əsasən, güclü dalğa bir qrup insanı dənizə aparıb. Sudan çıxarılanlar dərhal xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, xəstəxanaya çatdırılanların vəziyyəti ağır və ya çox ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti