Bakı. Trend:
ABŞ Konqresinin Nümayəndələr Palatasının 2021-ci il yanvarın 6-da Kapitoliya hücumunun şəraitini araşdıran xüsusi komitəsi ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı cinayət işinin başlanması üçün Ədliyyə Nazirliyinə sorğu göndərilməsinə səs verib.
Trend xəbər verir ki, bu barədə bazaar ertəsi "Associated Press" agentliyi məlumat yayıb.
"Nümayəndələr Palatasının 6 yanvar 2021-ci ildə baş verən hadisələr üzrə Komitəsi Ədliyyə Nazirliyinə keçmiş prezident Donald Tramp və onun müttəfiqlərinə qarşı cinayət işi açmağı tövsiyə edib", - deyə açıqlamada bildirilir.
Öz növbəsində, "Bloomberg" agentliyi qeyd edir ki, dinləmənin iştirakçısı demokrat Ceymi Raskin komitənin topladığı sübutların D.Trampı ittiham etmək üçün kifayət etdiyini bildirib.