Bakı. Trend:
Hökumətdə Sosial Demokrat Partiyasını təmsil edən İsveçrənin daxili işlər naziri Alen Berse bazar günü ölkə prezidenti vəzifəsinin icrasına başlayıb.
Trend xəbər verir ki, o, 2023-cü ildə nazir səlahiyyətləri ilə eyni vaxtda prezident səlahiyyətlərini də icra edəcək.
Qeyd edək ki, İsveçrədə prezident seçkiləri 2022-ci il dekabrın 7-də parlamentin iki palatasının birgə iclasında keçirilib. Alen Berse xarici işlər naziri İqnasio Kassisi prezident postunda əvəzləyib.
Bu dəyişiklik İsveçrənin xarici və daxili siyasətinə heç bir şəkildə təsir etməyəcək, çünki Federal Şura (hökumət) bütün vacib məsələləri kollektiv şəkildə həll edir.