...

İsrailin yeni XİN rəhbəri ərəb ölkələri ilə münasibətlərin daha da normallaşacağına ümid edir

Dünya xəbərləri Materials 2 Yanvar 2023 21:48 (UTC +04:00)
İsrailin yeni XİN rəhbəri ərəb ölkələri ilə münasibətlərin daha da normallaşacağına ümid edir

Bakı. Trend:

İsrailin yeni xarici işlər naziri Eli Koen "İbrahim razılaşmaları"na qatılan ölkələrin (Bəhreyn, İsrail, Mərakeş, BƏƏ, Sudan) xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün mart ayında Mərakeşə səfər etməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə bazar ertəsi XİN rəhbəri öz çıxışında deyib.

O gələcəkdə İsraillə ərəb ölkələri arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan bu sazişlərin iştirakçılarının dairəsinin yalnız genişlənəcəyinə ümid etdiyini bildirib.

"İbrahim razılaşmaları" Yaxın Şərqin simasını kəskin şəkildə dəyişdirdi. Təkcə ötən il İsraillə sazişlərdə iştirak edən ölkələr arasında ticarətin həcmi 10 milyard şekel həddini keçib (2,8 milyard dollar - red.). İqtisadi töhfə ilə yanaşı, sazişlər iştirakçı ölkələrin təhlükəsizliyinin təmin edilməsinə, eləcə də regional sabitliyin möhkəmləndirilməsinə çox mühüm töhfə verib", - deyə nazir bildirib.

O qeyd edib ki, indi nazirlər səviyyəsində “İbrahim razılaşmaları”nda iştirak edən ölkələrin xarici işlər nazirlərinin Mərakeşdə keçiriləcək görüşünə hazırlıq görülür. "Bu ilin martında Mərakeşdə keçiriləcək xarici işlər nazirlərinin növbəti görüşünə hazırlıq məqsədilə gələn həftə Əbu-Dabidə xarici işlər nazirlikləri direktorlarının işçi görüşü planlaşdırılır", - deyə XİN rəhbəri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti