Bakı. Trend:
Avropa İttifaqı Koreya Xalq Demokrtaik Respublikasını (KXDR) hərbi gərginliyə səbəb olan hərəkətləri, o cümlədən, raket buraxılışları və sərhədləri xaricində pilotsuz təyyarələrin hücumlarını dayandırmağa çağırıb.
Trend xəbər verir ki, bu barədə bazar ertəsi Avropa Xarici İşlər Xidmətinin rəsmi nümayəndəsi bildirib.
"Aİ KXDR-ni tam, yoxlanıla bilən və geri dönməz nüvəsizləşdirmə istiqamətində etibarlı addımlar atmağa çağırır", - deyə rəsmi nümayəndə bildirib.
Qeyd edilir ki, KXDR-nin BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozması və bu cür qeyri-qanuni fəaliyyətlərini davam etdirmək niyyətində olduğuna dair son bəyanatları Şimali Koreya xalqının xeyirinə xidmət etmir.