Bakı. Trend:
Slovakiyanın qərbindəki Nitra şəhərində 1995-ci ildə inkassatoru qarət etdiyinə görə axtarışda olan cinayətkar həbs edilib.
Trend-in məlumatına görə, soyğunçu bir neçə gün əvvəl Çexiyada saxlanılaraq Slovakiyanın hüquq-mühafizə orqanlarına təhvil verilib.
İstintaqın müəyyən etdiyi kimi, o, tərəfdaşı ilə birlikdə inkassatoru silah tətbiq edərək qaçırıb və içərisində olan 12 milyon Slovakiya kronunu (1995-ci ilin məzənnəsi ilə təxminən 420 min dollar) oğurlayıb.
Cinayətkarın adı açıqlanmır, onun təxminən 60 yaşı var. O, adını və yaşayış yerini dəyişib. Onun şərikinin taleyi və oğurlanmış pullar barədə məlumat verilmir.