Bakı. Trend:
Niderland "Patriot" hava hücumundan müdafiə sistemlərinin Ukraynaya təhvil verilməsi ilə bağlı ABŞ-la həyata keçirilən birgə layihəyə qoşulmaq niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə Vaşınqtonda Niderlandın baş naziri Mark Rütte deyib.
"Biz "Patriot" hava hücumundan müdafiə sistemləri ilə bağlı [Ukrayna üçün] Almaniya ilə etdiyiniz işlərə qoşulmaq niyyətindəyik. Bizim bu layihəyə qoşulmağımız vacibdir. Mən bu səhər [Almaniya kansleri] Olaf Şolzla da bunu müzakirə etdim", - deyə o bildirib.