...

Afrika tərəfdaşları ərzaq suverenliyini təmin etmək üçün 30 milyard dollar ayıracaq

Dünya xəbərləri Materials 28 Yanvar 2023 02:24 (UTC +04:00)
Afrika tərəfdaşları ərzaq suverenliyini təmin etmək üçün 30 milyard dollar ayıracaq

Bakı. Trend:

Afrikanın texniki və maliyyə tərəfdaşları növbəti beş il ərzində milli ərzaq suverenliyi planlarını inkişaf etdirmək üçün qitəyə 30 milyard dollar ayırmağı öhdələrinə götürdülər.

Trend-in məlumatına görə, bu barədə Afrika İnkişaf Bankının (AİB) prezidenti Akinvumi Adesina deyib.

"İnkişaf tərəfdaşları ikinci Dakar Sammitinə gəldilər. Onlar eşidiblər və tədbirlər görəcəklər. Onlar növbəti beş il ərzində kənd təsərrüfatının inkişafına yönəlmiş milli planların həyata keçirilməsinə dəstək vermək üçün 30 milyard dollar ayırmağı vəd ediblər", - deyə A.Adesina qeyd edib.

O əlavə edib ki, Afrikanın texniki və maliyyə tərəfdaşları, həmçinin kənd təsərrüfatı məqsədlərinə çatmaqda onlara kömək etmək üçün qitədəki ölkələrlə işləməyi seçiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti