Bakı. Trend:
Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında yenidən nümayiş keçirilib.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, etirazçılar bildirib ki, Rusiya Ermənistanın üzləşdiyi problemlərin həllində qeyri-aktivdir.
Qeyd edək ki, bundan əvvəl Rusiya hərbi bazası yaxınlığında keçirilən aksiyada 100-dən çox adam saxlanılmışdı.