...

Rusiya XİN İran xarici işlər nazirinin Rusiyaya səfər edəcəyini açıqlayıb

Dünya xəbərləri Materials 30 Yanvar 2023 17:59 (UTC +04:00)
Rusiya XİN İran xarici işlər nazirinin Rusiyaya səfər edəcəyini açıqlayıb

Bakı. Trend:

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyanın Rusiyaya səfəri baş tutacaq, lakin dəqiq tarix hələ bəlli deyil.

Trend-in məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko jurnalistlərə açıqlamasında deyib.

"Hazırda müxtəlif tarixlər nəzərdən keçirilməkdədir. Səfər baş tutacaq, lakin dəqiq tarix hələ bəlli deyil, səfər ləğv edilməyib, tarixi dəyişdirilib", - Rudenko deyib.

Rusiya və İranın xarici işlər nazirləri arasında danışıqların yanvarın 17-də Moskvada keçiriləcəyi planlaşdırılmışdı. Daha sonra Rusiya XİN danışıqların hər iki tərəfin razılığı ilə daha sonrakı tarixə keçirildiyini açıqlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti