Bakı. Trend:
ABŞ Prezidenti Co Bayden Polşaya səfər etmək niyyətində olduğunu bildirib.
Trend xəbər verir ki, bu barədə bazar ertəsi Ağ Evin mətbuat xidmətindən bildirilib.
C.Bayden səfərin nə vaxt baş tutacağını hələ bilmədiyini qeyd edib.
Jurnalistlərin məlumatına görə, bundan əvvəl Amerika liderindən Ukrayna hadisələrinin ildönümü münasibətilə Avropaya səfər etmək niyyətində olub-olmaması da soruşulub. "Mən əmin deyiləm", - deyə ABŞ lideri cavab verib.
Yanvarın 25-də "NBC" telekanalı C.Baydenin fevralda bir neçə Avropa ölkəsinə səfər etməyi düşündüyünü bildirib. "NBC"nin mənbələrinin məlumatına görə, səfər Ukrayna hadisələrinin ildönümünə təsadüf edə bilər.