...

Filippində baş verən daşqınlar 30 milyon dollara yaxın ziyan vurub

Dünya xəbərləri Materials 31 Yanvar 2023 07:18 (UTC +04:00)
Filippində baş verən daşqınlar 30 milyon dollara yaxın ziyan vurub

Bakı. Trend:

Filippində 2,04 milyondan çox insan daşqınlardan zərər çəkib.

Trend xəbər verir ki, bu barədə ölkənin Risklərin qarşısının alınması və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli Şuranın hesabatında bildirilib.

Hesabata əsasən, ölkənin kənd təsərrüfatına və infrastrukturuna dəyən ümumi zərər 1,6 milyard peso (29,4 milyon dollar) keçib.

Yanvarın 12-dən aparılan hesablamalara görə, 78 təxliyyə məntəqəsində 9,29 min insan qalır, 14,3 mindən çox insan evlərini əvvəlcədən tərk edib. Ən azı 43 nəfər daşqınlar nəticəsində həlak olub, 11 nəfər xəsarət alıb, 8 nəfər itkin düşüb. R

Respublikanın 14 regionunda təbii fəlakətin təsiri ilə bağlı 1,45 mindən çox hadisə qeydə alınıb.

Təbii fəlakət 1,88 min evə 3,71 milyon peso (68,1 min dollar) dəyərində ziyan vurub. 266 infrastruktur obyektinə dəyən ziyan 521,9 milyon peso (9,57 milyon dollar), kənd təsərrüfatına dəyən ziyan 1,08 milyard peso (19,8 milyon dollar) dəyərində qiymətləndirilir.

Daşqınlar 317 yol və 67 körpüyə ziyan vurub, 28 dəniz limanının fəaliyyətinə təsir edib. 69 şəhərdə elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb, lakin 65 şəhərdə artıq bərpa olunub, 6 bələdiyyədə isə su təchizatı ilə bağlı problemlər davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti