...

Pakistanda partlayış olub, xəsarət alanlar var

Dünya xəbərləri Materials 5 Fevral 2023 13:03 (UTC +04:00)
Pakistanda partlayış olub, xəsarət alanlar var

Bakı. Trend:

Pakistanın Kvetta şəhərində (Bəlucistan əyalətinin mərkəzi) partlayış baş verib.

Trend "Doon News" telekanalına istinadən xəbər vrir ki, partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb.

Məlumata əsasən, insident Kvetta polis qərargahının yaxınlığındakı nəzarət-buraxılış məntəqələrindən birinin yaxınlığında baş verib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hələlik heç bir ekstremist qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti