...

Hatay aeroportu zəlzələdən sonra yararsız hala düşüb

Dünya xəbərləri Materials 6 Fevral 2023 10:38 (UTC +04:00)
Hatay aeroportu zəlzələdən sonra yararsız hala düşüb

Bakı. Trend:

Türkiyənin Hatay vilayətində güclü zəlzələ nəticəsində hava limanı yararsız hala düşüb.

Trend-in məlumatına görə, təyyarə uçuş zolaqlarında dərin çatlar yaranıb.

Qeyd edək ki, bu gün Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Türkiyədə zəlzələdə ölənlərin sayı 76 nəfəri keçib, 440 nəfər yaralı var.

Zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Zəlzələ nəticəsində Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərində ciddi dağıntılar var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti