...

Bu çətin zamanda türk xalqının yanındayıq - Britaniya səfiri

Dünya xəbərləri Materials 6 Fevral 2023 12:17 (UTC +04:00)
Bu çətin zamanda türk xalqının yanındayıq - Britaniya səfiri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu çətin zamanda düşüncələrimiz və dualarımız Türkiyə və türk xalqının yanındadır.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Türkiyədəki səfiri Cill Morris tvitter hesabında qeyd edib.

"Türkiyənin cənub-şərqində dəhşətli və dağıdıcı zəlzələ baş verib. Böyük Britaniyadan gələn yardımla bağlı təcili yardım xidmətləri ilə əlaqə saxlayırıq. Bu çətin zamanda düşüncələrimiz və dualarımız Türkiyə və türk xalqının yanındadır", - deyə bildirilib.

Qeyd edək ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 280 nəfəri keçib. 2323 nəfər yaralı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti