...

Google süni intellektə əsaslanan yeni çat-bot istifadəyə verib

Dünya xəbərləri Materials 7 Fevral 2023 12:27 (UTC +04:00)
Google süni intellektə əsaslanan yeni çat-bot istifadəyə verib

Bakı. Trend:

"Microsoft" korporasiyasının süni intellekt əsaslı "ChatGPT" çat-botunun artmaqda olan populyarlığı fonunda Amerikanın "Google" şirkəti süni intellektə əsaslanan yeni "Bard" çat-botu istifadəyə verib.

Trend bu barədə CNN telekanalına istinadən xəbər verir.

""Bard" dil modellərimizin bacarıqları və intellekti sayəsində dünyaya dair biliklərin çevrəsini genişləndirməyə çalışır. Çat-bot keyfiyyətli və aktual cavablar vermək üçün internetdəki məlumatlardan istifadə edir", - deyən şirkətin rəhbəri Sundar Piçai yeni texnologiyanın yaxın həftələrdə əlçatan olacağını qeyd edib.

Telekanalın məlumatına görə, "Google" "Microsoft" korporasiyası ilə effektiv rəqabət aparmaq üçün yeni texnologiya hazırlamaqdadır. Qeyd edək ki, "Microsoft" bundan əvvəl süni intellektə əsaslanan və dialoq rejimində işləyərək insan söhbətini imitasiya edə bilən "ChatGPT" çat-botunun hazırlanmasına 10 milyard dollar investisiya qoyub. Ekspertlərin fikrincə, "Microsoft" bu texnologiyanın köməyilə mətn korreksiyasından daha qəliz tapşırıqları icra edə biləcək.

Daha öncə "Reuters" agentliyi populyar "ChatGPT" çat-botunun yükləmə sayındakı artıma görə rekord müəyyən etdiyini bildirmişdi. İki ay ərzində çat-botun istifadəçilərinin sayı 100 milyona çatmışdı, belə ki, tətbiqdən hər gün təqribən 13 milyon nəfər istifadə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti