Bakı. Trend:
Türk Hava Yolları (THY) bu gün zəlzələ bölgəsindən edəcəyi uçuşlarla 30 min insanı təxliyə edəcək.
Trend-in məlumatına görə, bu barədə THY-nin mətbuat müşaviri Yəhya Üstün deyib.
"Dünən 19 min 50 nəfər təxliyyə edilib. Bu gün biz 30 min insanı təxliyə etməyi planlaşdırırıq",- deyə o əlavə edib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Zəlzələ nəticəsində 8 574 nəfər həlak olub, 49 133 nəfər isə yaralanıb.