Bakı. Trend:
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 17 674-ə yüksəlib.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.
F.Oktay bildirib ki, yaralıların sayı isə 72 879 nəfərə çatıb.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.