...

Türkiyənin Hatay Hava Limanı fəaliyyətini bərpa edib

Dünya xəbərləri Materials 12 Fevral 2023 21:03 (UTC +04:00)
Türkiyənin Hatay Hava Limanı fəaliyyətini bərpa edib

Bakı. Trend:

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Hatay Hava Limanının zəlzələ nəticəsində zədələnmiş uçuş-enmə zolağının bərpasından sonra fəaliyyətini bərpa etdiyini açıqlayıb.

Trend-in məlumatına görə, nazirlik uçuş-enmə zolağının bərpasından əvvəl və sonrakı görüntüləri də paylaşıb.

"Eniş-enmə zolağındakı zədələr aradan qaldırılıb. Hava limanı yenidən fəaliyyətini bərpa edib", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti