Bakı. Trend:
Suriya Mülki Müdafiə Qüvvələri bu gün axşam saatlarında dağıdıcı zəlzələdən sağ qalanların axtarışı ilə bağlı işlərin başa çatdığını elan edib.
Trend-in məlumatına görə, bu barədə "Al-Hadath" televiziya kanalı xəbər verib.
"Mülki Müdafiə Qüvvələri (ölkənin şimalında baş verən) zəlzələ nəticəsində itkin düşmüş şəxslərin axtarışının başa çatması barədə məlumat verib", - Suriya Mülki Müdafiə Qüvvələrinin nümayəndəsi bildirib.