...

İranda binanın uçması nəticəsində azı 2 nəfər ölüb

Dünya xəbərləri Materials 19 Fevral 2023 22:02 (UTC +04:00)
İranda binanın uçması nəticəsində azı 2 nəfər ölüb

Bakı. Trend:

İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətində bazar günü dörd binanın uçması nəticəsində ən azı iki nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "IRNA" agentliyi yerli xilasetmə xidmətlərinə istinadən bildirib.

Məlumata əsasən, ən azı daha altı nəfər yaralanıb, onlar xəstəxanaya yerləşdirilib. Hadisə Təbriz şəhərinin şərq hissəsində baş verib. Binanın çökməsinə səbəb kimi qaz partlayışı göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti