Bakı. Trend:
Avstraliyalı aktrisa Keyt Blanşett ən yaxşı qadın roluna Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) mükafatını alıb.
Trend-in məlumatına görə, 53 yaşlı aktrisa Todd Fildin “Tar” (Tar, 2022) dramında dirijor və bəstəkar Lidiya Tar roluna görə nüfuzlu mükafata layiq görülüb.
Bu, K/Blanşetin karyerasında dördüncü "bürünc maska"dır.