Bakı. Trend:
Türkiyədə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Zəlzələ 5 bal gücündə Adıyaman vilayətinin Gölbaşı rayonunda baş verib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.