...

Adıyamanda daha bir zəlzələ olub

Dünya xəbərləri Materials 4 Mart 2023 09:57 (UTC +04:00)
Adıyamanda daha bir zəlzələ olub

Bakı. Trend:

Türkiyənin Adıyaman vilayətinin Çelikhan rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə AFAD-ın məlumatında deyilir.

7 kilometr dərinlikdə baş verən zəlzələnin yerli vaxtla 08:27-də qeydə alındığı bildirilir.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti