...

Bütün dünyada “Starlink”ə qoşulmağa imkan verən paket təqdim edildi

Dünya xəbərləri Materials 16 Mart 2023 13:13 (UTC +04:00)
Bütün dünyada “Starlink”ə qoşulmağa imkan verən paket təqdim edildi

Trend-i buradan izləyin

İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Bütün dünyada “Starlink”ə qoşulmağa imkan verən paket təqdim edilib.

Trend xəbər verir ki, “Starlink”in saytındakı məlumata görə, “Roam” bütün istehlakçılar üçün əlçatandır. İnternet qəbuledicisini 599 dollara alan istehlakçılar ayda 200 dollar ödəmək şərti ilə “Starlink Roam” abunəçisi ola biləcəklər .

“Roam” portativ qəbuledicilərlə də istifadə edilə bilər.

“Starlink”in açıqlamasına görə, “Roam” abunəçiləri sabit və ya portativ qəbuledicilər almaqla peyk internetindən istifadə edə biləcəklər. Qeyd edək ki, portativ antenanın qiyməti 599-2500 dollar arasında dəyişir.

“Starlink” hansı ölkələrdə mövcuddur?

“Starlink”in interaktiv əhatə dairəsi xəritəsinə baxsaq görərik ki, peyk internet layihəsi Avropa, Şimali və Cənubi Amerika və Avstraliyada, eləcə də Afrikanın kiçik bir hissəsində mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti